XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 16:47

Banklar 8%-ə razılaşdılar –HƏRRACIN NƏTİCƏSİ

 

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə bu gün, oktyabrın 1-də keçirilən hərracın nəticəsini açıqlayıb.

Hərracda tələb 1 milyard 61,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bank bu hərracda 350 milyon manat cəlb edəcəyini açıqlamışdı. Başqa sözlə hərracda depozitə tələbat təklifi 3 dəfə üstələyib.

Xəbər veürdiyimiz kimi, 24.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 775,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

17.09.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 750,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır.