XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 19:12

Avropa Yenidənqurma və İnkişaf Bankı Qaradağ sement zavodundakı payını satdı –Məbləğ açıqlanmır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Holcim Azerbaijan” Qaradağ sement zavodundakı payını səhmdarlardan birinə satıb.

Bu barədə Trend-ə AYİB-in rəsmi nümayəndəsi Anton Usov deyib. A.Usovun sözlərinə görə, AYİB-in zavoddakı 10 faizlik payı “Lafarge Holcim”ə satılıb. Satışın məbləği açıqlanmayıb.

Bank rəsmisi bildirib ki, AYİB 2007-ci ildən 2017-ci ilədək “Holcim Azerbaijan”ın səhmdarı olub.

Qeyd edək ki, “Lafarge Holcim”in payı indiki 66 faizdən 76 faizədək artıb.