XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 22:10

Çində yanacağın satış qiyməti növbəti dəfə artırılıb

Dünya bazarında xam neftin qiymətinin qalxması Çində yanacağın pərakəndə satış qiymətinin növbəti dəfə artırılmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 240 yuan (35 ABŞ dolları) və 230 yuan (33,5 dollar) artırılıb.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.