XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2015 - 05:04

ABŞ və Azərbaycan Avropa üçün Rusiya qazını əvəz edəcək

Azərbaycanın yeni yataqlarında qaz hasilatı lap vaxtına düşüb”

ABŞ və Azərbaycanda qaz hasilatının artması, Amerika qazının Avropaya mümkün tədarükü Avropanın Rusiya yanacağından asılılığını azaltmağa imkan verəcək.

Strateq.az xəbər verir ki, siyasi icmalçı Raul Loueri Kontrerasın “The Hill” qəzetində (ABŞ) dərc olunmuş məqaləsində bildirilir: “ABŞ və Azərbaycanda qaz hasilatının artması enerji asılılığı olan Avropaya Rusiya qazının satış həcminin, beləliklə də Rusiyanın Şərqi Avropaya siyasi təsirinin azalmasına imkan verir”.

Müəllif qeyd edir ki, Azərbaycanın yeni yataqlarında qaz hasilatı və emalı lap vaxtına düşüb: “Azərbaycanda qaz hasilatının intensiv yüksəlişi və onun qərb istiqamətinə nəqli Avropanı qane edir”.

O həmçinin xatırladır ki, keçən ay Transanadolu qaz kəmərinin (TANAP) təməl mərasimi keçirilib. Kəmərlə ildə 6 milyard kubmetr Türkiyəyə, Avropaya isə 10 milyard kubmetr qaz nəql olunacaq.