XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2018 - 17:57

“Neftin qiyməti 100 dollara çata bilər” –"Qazprom neft"in rəhbərindən proqnoz

“İrana qarşı sanksiyalara görə, neftin bir barelinin qiyməti 100 dollara çata bilər”.

Bunu Rusiyanın “Qazprom neft” şirkətinin rəhbəri Aleksandr Dyukov deyib.

O, son günlərdə neft bazarında qiymət artımının müşahidə olunduğunu xatırladıb: “Qiymətə gəldikdə isə şübhəsiz ki, İran neftinə münasibətdə tətbiq edilməsi gözlənilən sanksiyalarla əlaqədar olaraq kəsirin yaranma riski qiymətə təsir edir”.

Bununla belə, A.Dyukov qeyd edib ki, qiymət artımında nə istehsalçılar, nə də istehlakçılar maraqlıdır/Trend.