XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 10:22

Ölkədə  bank açmaq üçün Prezidentin razılığı tələb olunmayacaq –Nəzarət Palatasının yeni nizamnaməsi

 

Xəbər verildiyi kimi, prezident İlham Əliyev Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yeni nizamnaməsini təsdiqləyib. FED.az xəbər verir ki, yeni nizamnamədə palatanın strukturu, idarə edilməsi və səlahiyyətlərində maraqlı yeniliklər nəzərdə tutulub.

Sənədə əsasən, palata bir sıra  qərarları dövlət başçısı ilə razılaşdırmaqla verəcək.

Belə ki, Palata;

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın nəzarət etdiyi subyektlərin ödəməli olduqları haqların məbləğini və bu haqların ödənilmə qaydasını müəyyən etmək;

–  qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə bazarları sahəsində lisenziyalaşdırma (bank və sığorta fəaliyyətinə lisenziya verilməsinə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) və icazələrlə bağlı qərar qəbul etmək;

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın strukturunu və işçilərinin say həddini, maliyyə və kapital bazarında uyğun əməkhaqqı səviyyəsini nəzərə almaqla əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq etmək, Palatanın əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;4.10.7. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

– Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

– Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Palatanın idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

İkinci bənddən göründüyü kimi, Palata bank və sığorta fəaliyyətində lisenziyalaşdırma və icazələrlə bağlı qərar verərkən bunu dövlət başçısı ilə  razılaşdırmalıdır. Amma burada söhbət lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarlardan deyil, bunun üçün qoyulacaq tələblərin və standartların müəyyən edilməsindən gedir.

Başqa sözlə, Azərbaycanda bank və sığorta şirkətinin lisenziya alması üçün birbaşa dövlət başçısının razılığı tələb olunmayacaq.