XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 12:20

Bankların İdarə Heyəti və Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti azaldılır –Dəyişiklik

 

Azərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınıb.

“Report”un verdiyi xəbərə görə, bunu nəzərədə tutan “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin plenar iclasında I oxunuşda müzakirə olunub. Dəyişikliyə əsasən, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edə ki, Bankın MŞ Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu Bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir. Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır. Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq. Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək. Həmçinin digər dəyişikliyə əsasən Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.