Azərbaycanda qızıl bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 5-də qızılın qiyməti oktyabrın 4-ü ilə müqayisədə 3,74 manat artaraq 1 unsiya üçün 2037,62 manat təşkil edib.
Gümüş 0,0057 manat ucuzlaşaraq 1 unsiya üçün 24,792 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 7,148 manat artaraq 1401,684 manat, palladiumun qiyməti isə 0,4165 manat azalaraq 1798,073 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.