XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 17:58

Maliyyə Nazirliyinin istiqrazları ilə bağlı hərrac keçiriləcək –BFB-dən açıqlama

Oktyabrın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Strateq.az-a verilən məlumata görə, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 8 faizdir. İstiqrazlar 2020-ci il oktyabrın 6-da ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir:

“Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib”.