XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 09:13

Türkiyədə borcunu ödəyə bilməyən şirkətlərin sayı kəskin artıb –Sahibkarlar çətin vəziyyətə düşüb

 

 Türkiyədə konkordato üçün məhkəməyə müraciət edən şirkətlərin sayı kəskin artıb.

FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkcə bu ilin əvvəlindən indiyə qədər konkordato üçün məhkəməyə müraciət edən şirkətlərin sayı 3 mini keçib. Qeyd edək ki, “konkordato” – şirkətin və ya fiziki şəxsin borcunu qaytara bilməməsi və onun şərtlərini dəyişmək, əksər hallarda vaxtını uzatmaq üçün məhkəməyə müracət etməsidir. Bu hal müflisləşmək sayılmasa da, şirkətin problemli olduğunu və müflisləşə biləcəyi ehtimalının göstəricisidir.

Amma Türkiyənin bəzi iqtisaçılarının fikirincə, hazırda konkordata üçün müraciət edənlərdən bir hissəsi, əslində borcunu ödəyə bilər, amma vəziyyətdən istifadə edib güzəştlər almaq və yam borcunu sildirmək üçün bunu etmir.

İqtisadçı ekspert Erkin Şahinöz bildirir ki, Türkiyə iqtisadiyyatı bu gün yaşadığı problemləri onsuz da (ABŞ-la münaqişə olmasa da) yaşayacaqdı. Sadəcə ABŞ-la gərginlik bu prosesləri sürətləndirdi. Türkiyə iqtisadiyyatı üzrə gözləntilərin göstəricisi olan PMI indeksi 50-dən aşağı idi, sentyabr ayında isə 42,5-ə enib ki, bu da 2009 böhranından bəri ən ağır daralmadır.

Belə vəziyyətdə istehsalçıların yeni investisiyalar etmək şansı azalır. Nəticədə şirkətlər zərərlərini kompensasiya etməyə çalışırlar ki, bunun da bir yolu işçi heyətini tərk etməkdir.

Konkordato partlayışını şərh edən iqtisaçı Erkin Şahinöz, bildirir ki, hazırda məhkəməyə müraciət edənlər arasında doğrudan da vəziyyəti çətin olan və borcunu ödəyə bilməyənlərlə yanaşı, bu sistemdən sui-istifadə edənlər də var: Domino təsiri, pul vəsaitlərinin hərəkəti və ödənişi dayandırmaq, iqtisadiyyat çox çətin enişlərə səbəb ola bilər, bu maliyyə sektoru üzərində təsir göstərəcəkdir. Bütün bunların bir gecədə keçə bilməyəcəyi, böhranı qəbul etməmiz lazımdır-deyə ekspenrt bildirib.