XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 16:10

Mərkəzi Bank:“Kriptovalyutaya etibar etmirik” - AÇIQLAMA

 

Azərbaycan Mərkəzi Bankı kriptovalyutaları əvvəlki kimi yüksək riskli alət hesab edir və bununla bağlı ciddi addımlar atmaq fikrində deyil.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Məkəzi Bankının idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev  bildirib.  Onun sözlərinə görə, kriptovalyutaların ödəniş aləti kimi istifadə edilməsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, fırıldaqçılıq halı nəticəsində itirilmiş vəsaitin geri qaytarılabilinməməsi riskləri var. Bundan başqa, AMB rəsmisi kriptovalyutalarla aparılan əməliyyatlara heç bir təşkilat tərəfindən zəmanətin verilməməsi, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunmaması və s. kimi riskləri də qeyd edir.

A.Quliyevin sözlərinə görə, Mərkəzi Bank kriptovalyuta problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Amma hələlik bununla bağlı yenilik gözlənilmir: Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. Kriptovalyuta yüksək riskli investisiya aktividir.