XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 14:23

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz:"Ümumi daxili məhsul 1,3 faiz artacaq"

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,3 faiz artımını proqnozlaşdırır.

Bu barədə “World Economic Outlook” hesabatında deyilir.

Bildirilib ki, 2019 və 2023-cü illər üçün artım proqnozu müvafiq olaraq 3,6 və 2 faiz təşkil edəcək: “MDB regionu üçün proqnozlar isə 2018-ci il üçün 2,3 faiz, 2019-cu il üçün 2,4 faiz təşkil edib”.

BVF-nin 2018-2019-cu illərdə dünya iqtisadiyyatının artımını 3,7 faiz həcmində proqnozlaşdırır. Analitiklər qeyd edir ki, 2016-cı ilin ortalarından başlayan dayanıqlı artım davam edir. Bununla belə, 2018-2019-cu illərdə artım 2017-ci ilin səviyyəsində qeydə alınacaq/Trend.