XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2018 - 19:43

Beynəlxalq Enerji Agentliyindən neftlə bağlı proqnoz:“Hamımız bu təhlükəli vəziyyəti dərk etməliyik"

Beynəlxalq Enerji Agentliyi (BEA) neft bazarının “qırmızı zolağ”a daxil olduğunu bildirərək OPEC-i və bu qurumun üzvü olmayan iri neft istehsalçılarını hasilatı artırmağa çağırıb.

“Bloomberg” xəbər verir ki, bunu BEA-nın icraçı direktoru Fateh Birol bildirib.

“Hamımız bu təhlükəli vəziyyəti dərk etməliyik, çünki neft bazarları “qırmızı zolağ”a daxil olur. Bazarları birgə gücləndirməyə çalışmalıyıq. Ona görə ki, bu gün, sadəcə, istehlakçılar və idxalçılar üçün gələ biləcək xoşagəlməz xəbərlər sabah istehsalçıların özü üçün də gələ bilər”.

Dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanının istehsalı artırmaq qərarını alqışladığını deyən ekspertin fikrincə, buna baxmayaraq, bazarlardakı gərginlik, çox güman ki, bundan sonra da davam edəcək: “Əsas istehsalçılar istehsalı artırmaq üçün müvafiq addımlar atmasa, cari ilin dördüncü rübü hədsiz dərəcədə gərgin keçəcək”.

Report