XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 10:35

Mərkəzi Bank manatla bağlı qərar verdi –iqtisadçı-deputatdan izahat

vahid_ehmedov_yeniMərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı ildə uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Milli Məclisin İqtisadi siyasət, sosial və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına bunun gözlənilən addım olduğunu deyib:

"Manatın stabilliyinin qorunub saxlanması bankın uçot dərəcəsindən çox asılıdır. Əvvəllər uçot dərəcəsi 3 faiz-3,5 faiz idi. Hazırda uçot dərəcəsinin 5 faizə qaldırılması məhz manatın stabilliyi üçündür.

Bu qərar valyuta bazarına müəyyən qədər təsir edəcək, manatın məzənnəsini müəyyən qədər qoruyub saxlayacaq”.

Parlament üzvü bildirib ki, bu, ən əsası manatın növbəti devalvasiyasından sığortalanmaq üçün düşünülmüş addımdır:

"Neftin qiymətinin kəskin artmaması, eyni səviyyədə, 30-32 dollar arasında dəyişməsi manata təzyiqi artırır. Təzyiqlərin qarşısını almaq üçün yeganə yol Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq və qeyri-neft sektorunu mümkün qədər ixracyönümlü məhsulların istehsal edilməsinə yönəltməkdir. Hələlik ikinci baş vermədiyindən Mərkəzi Bank uçot dərəcəsini qaldırdı”.

Deputat qeyd edib ki, yeni qərar həm də, banka daha çox əmanət yatırılmasına səbəb olacaq: "Faktiki olaraq faiz dərəcələrinin artırılması ilə əmanətlərə qoyulan faiz dərəcələri artmış olub”.

Qeyd edək ki, milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Bu qərar həm də başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.