XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 Oktyabr 2018 - 10:15

“FED dəli olub, çox sərt addım atır” –ABŞ prezidenti

Amerikanın Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) çox sərt siyasət aparır və “dəli olub”.

TASS xəbər verir ki, bu sözləri çərşənbə günü ABŞ prezidenti Donald Tramp Amerikanın “Dow Jones” sənaye indeksinin kəskin aşağı düşməsi fonunda deyib.

Jurnalistlərin “Siz hazırkı vəziyyətdən narahatsız?” sualına Tramp belə cavab verib:“Xeyr. Mən hesab edirəm ki, FED səhvə yol verir, o çox sərt addım atır. Düşünrəm ki, FED dəli olub“.

“Dow Jones” indeksi ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artırılması fonunda Nyu-York Fond Birjasının sessiyalarının yekunu üzrə 831,83 bənd (3,15%) aşağı düşüb. Sessiyadan əvvəl isə “Dow Jones” indeksi 25598,74 bənd səviyyəsində idi/Report.