XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 21:01

Dünya Qida Proqramı:dünya üzrə aclıq kəskin şəkildə artacaq

Dünya Qida Proqramı (WFP) iqlim dəyişikliyinin kənd təsərrüfatına və insanları özlərini qidalandıra bilməsinə faciəvi təsiri olacağını xəbərdarlıq edir. WFP proqnoz edir ki, qlobal istiləşmənin yavaşladılması ilə bağlı addımlar atılmadığı halda dünya üzrə aclıq kəskin şəkildə artacaq.

WFP bildirir ki, qlobal aclığın azaldılması istiqamətində görülən işlərə ən böyük maneə münaqişələr və iqlim dəyişikliyi ilə bağlı faciələrin artmasıdır. Son bir neçə onillik ərzində ilk dəfədir ki, WFP xroniki qida çatışmazlığından əziyyət çəkən insanların sayının artdığını bildirir.

Təşkilatın verdiyi məlumata əsasən, bu il 821 milyon insan aclıq şəraitində yaşayır. Bu rəqəm, keçən il ilə müqayisədə 11 milyon çoxdur.

WFP-nin İqlim və Faciə Risklərinin Azaldılması rəhbəri qeyd edir ki, iqlim faciələrin sayı 90-cı illərin əvvəli ilə müqayisədə iki dəfə artıb. O əlavə edir ki, kəskin hava şəraiti daha çox insanı evlərini tərk etməyə və nəticədə aclığın artmasına gətirib çıxarır.