XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 14:06

İran Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək –İranlı nazir açıqladı

İran 2019-cu ildən başlayaraq Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın energetika nazirinin müavini Homayun Hayeri yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu haqda razılaşma Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri ilə Moskvada keçirilən görüşdə əldə olunub. Qarşılıqlı razılaşmaya əsasən Rusiya elektrik enerjisini Azərbaycana ötürəcək. Azərbaycan isə mövcud xətlərlə enerjini İrana verəcək.

H.Hayeri onu da nəzərə çatdırıb ki, Azərbaycanın elektrik enerjisini Rusiyadan İrana ötürmək üçün müasir standartlara cavab verən infrastrukturu var.