Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi – “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 15 min ton həcmində dizel yanacağı tədarük edəcək.
Ukrayna KİV-ləri xəbər verir ki, bununla bağlı iki tərəf arasında saziş imzalanıb.
“SOCAR Ukraine” dizel yanacağını 33 352,16 qrivna/ton qiymətinə tədarük edəcək.
Tədarük üçün son tarix bu il dekabrın 31-i nəzərdə tutulub/Report.