XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 23:09

İrandan neft ixracı əhəmiyyətli dərəcədə azalıb –ABŞ açıqladı

İranın neft ixracı Amerikanın sanksiyaları təkrarən tətbiq etməsi fonunda əhəmiyyətli dərəcədə azalıb.

“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, söhbət Birləşmiş Ştatların İranla sazidən çıxdığı və yenidən sanksiya tətbiq etdiyi məqamdan sonra “əhəmiyyətli azalma”dan gedir.

ABŞ İranla nüvə sazişindən bitərəfli qaydada çıxıb və noyabrda 2015-ci ilə qədər Tehrana qarşı qüvvədə olan sanksiyaları, eləcə də neft və neft məhsulları ticarətinə, həmçinin İranla tranzaksiya maliyyələşdirilməsinə olan qadağaları tam bərpa etmək niyyətindədir/Report.