XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 08:46

Özəlləşdirmədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub?- Rəsmi

“1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilib, onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olunub, bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırılıb”.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov deyib.

O qeyd edib ki, özəlləşdirmənin başlandığı dövrdən indiyədək xidmət, iaşə, ticarət və sair sahələrə aid 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib:

“Bu proses zamanı orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılaraq sonradan özəlləşdirilib”.

R.Şahbazov bildirib ki, indiyədək müəssisə və obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə təxminən 1 milyard manat vəsait daxil olub:

“Bu da müvafiq qaydada ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilib. Bundan əlavə, 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu isə müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb. İnvestisiya müsabiqələrinin qalibləri həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması, yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqinə 1 milyard manatdan çox investisiya qoyublar”

Report.az