XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

20 Oktyabr 2018 - 16:54

Nazir:"Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarından sonra OPEK+ sazişi çərçivəsində fəaliyyət göstərəcək"

“Azərbaycanın OPEK+ ilə uğurlu əməkdaşlığı iki ildir davam edir və biz bu gün bu kooperasiyanın bəhrəsini görürük”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın fəaliyyətinə öz töhfəsini verir: “OPEK+ formatında fəaliyyətimiz neft bazarına, qiymətlərin sabitləşməsinə müsbət təsir göstərir, neft sənayesinə yeni lazımi investisiyaların qoyulması üçün yeni vəziyyət yaradır. Bu da bütövlükdə bu sahənin inkişafına dinamiklik verir”.

Nazir həmçinin deyib ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra OPEK+ ilə əməkdaşlığı çərçivəsində qəbul olunmuş qərarlara əsasən fəaliyyət göstərəcək.