XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 11:16

Ermənistan vergini artırdı, Ukrayna ÜTT-ə şikayət etdi:"Bu, səhvdir"

Ukrayna Ermənistanla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

“Reuters” xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib. Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.

Ukrayna Ermənistanla yanaşı, Qırğız Respublkasından da təşkilata şikayət edib. Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: “Ancaq vergi artırılıb. Bu, səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi/Report.