XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 12:55

İran qazı Tbilisiyə necə gedə bilər?“İran, Gürcüstan, "Qazprom" və Ermənistan əməkdaşlıq etməlidir”

 

İranın Gürcüstandakı səfiri Abbas Talebi Fari ötən həftə deyib ki, İran qazının Gürcüstana nəqli üçün texniki imkan var.

Bu barədə Georgia-Online portalı məlumat yayıb.

"Əlbəttə, məsələ texniki həllini tapmalıdır. Ekspert və mütəxəssislər bunun üzərində işləməlidir. İndi belə imkan var. Ermənistan marşrutu və ya Azərbaycan infrastrukturundan istifadə edə bilərik. Üçüncü bir variant isə svop prinsipidir. Bu halda İran, Gürcüstan, "Qazprom" və Ermənistan əməkdaşlıq etməlidir", – deyə o bildirib və sonuncunun real olduğunu qeyd edib.

Turan.az İnformasiya portalı hesab edir ki, bu variantların heç biri iqtisadi cəhətdən reantabelli ola bilməz. Ən real variant İranla Gürcüstan arasında elektrik enerjisi alqı-satqısıdır. İran heç bir problem olmadan Ermənistanın İES-lərində istehsal edilən elektrik enerjisi tədarük edə bilər. İran 1 m3 qaza görə Ermənistandan 3 kVt/saat elektrik enerjisi alır. İran Ermənistana qaz tədarükünü artırıb əldə etdiyi normadan artıq elektrik enerjisini Gürcüstana yönəldə bilər.

Gürcüstanın bu il 250-300 mln kubmetr əlavə qaza ehtiyacı var.