XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 13:36

Qiymətli kağızların dövlət reyestrinin aparılmasıqaydası təsdiqləndi

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə müvafiq olaraq "Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Bu Qayda qiymətli kağızların dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan azertag.az-a bildiriblər ki, QKDK tərəfindən, həmçinin "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun 75.11.2-ci və 75.12-ci maddələrinə müvafiq olaraq "Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar qiymətli kağızların emitentləri tərəfindən idarəetmə hesabatlarının hazırlanması, təqdim olunması və açıqlanması qaydalarını müəyyən edir.