XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 15:42

195 dövlət əmlakı satışa çıxarıldı –NÖVBƏTİ HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi özəlləşdirmə hərraclarından biri də noyabrın 27-də keçiriləcək. Ayın son hərracında iştirak etmək istəyən şəxslərin 195 dövlət əmlakı üzrə seçim imkanları var. Bunlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 42-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 42-si isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin ümumi faydalı sahəsi 4 kvadratmetrlə 2095 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir. Gəncə şəhəri, Kəpəz rayonundakı ikimərtəbəli istehsal sexinin ümumi faydalı sahəsi 1160.8 kvadratmetrdir. Uğurlu biznes üçün uyğun olan digər bir obyekt isə Goranboy rayonu, Şəfikürd kəndində yerləşən tikiş fabrikidir. Ümumi faydalı sahəsi 660.2 kvadratmetr olan dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Adıçəkilən obyektin fəaliyyətinin bərpası müvafiq sahə üzrə daxili tələbatın ödənilməsinə şərait yarada bilər.

Biznesə başlamaq istəyənlər üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 25-i Bakıda, qalanları isə digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirməyə çıxarılan bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11,9 kvadratmetrlə 213,7 kvadratmetr arasındadır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kvadratmetrdir. Belə obyektlərin özəlləşdirilməsi və sonrakı fəaliyyəti ilə investorlar xidmət sahəsində yüksək qazanc əldə edə bilərlər.

Özəlləşdirməyə açıq elan edilən səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, təmir, istehsal və digər sahələrə aiddir. Belə dövlət əmlakları paytaxtla yanaşı, Ağcabədi, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan nəqliyyat vasitələri isə MAN LION, Nissan, QAZ və Tofaş markalarındandır. Bu avtomobillərin istehsal tarixləri 1983-2009-cu il intervalındadır.

İştirak etmək üçün elektron formada 2 sadə prosedur kifayət edir ki, müraciət edən sifarişçiyə çevrilsin. Belə ki, investor və vətəndaşlar Özəlləşdirmə portalında (privatization.az) seçim etdikdən sonra dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək hərracda iştirak hüququnu qazanır. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər hərracın gedişini canlı və onlayn formada izləyə bilirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmə hərraclarında fəal iştirak etməyə dəvət edir.