XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 23:35

Şərabımız niyə anbarlarda qalıb? –Satışda problemlər var (STATİSTİKA)

Azərbaycanda üzüm şərabının istehsalı artır, bu məhsulların satışında isə hələ də problemlər var.

FED.azın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2017 və 2018-ci illərin yanvar-sentyabr ayları üçün açıqlanan statistikasından  aydın görünür.
Beləliklə, 2017-ci ilin 9 ayında ölkədə 782,5 dekalitr üzüm şərabı istehsal olunub. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Amma 2017-ci il oktyabrın 1-ə anbarlarda 1013,5 dekalitr, yəni anbarlarda istehsal olunmuş üzüm şərabından 231 dekalitr çox şərab qalıb.

2018-ci ilin yanvar-sentyabr aylarında 1056,6 dekalitr, yəni keçən ilin anoloji dövrünə nisbətən 35 faiz çox üzüm şərabı istehsal olunub. Anbarlarda isə 996,5 dekalitr üzüm şərabı qalıb. Bu da bu il istehsal olunan üzüm şərabının 94 faizidir.

İstehsalın artması fonunda keçən illə bu ilin 9 ayında anbarlarda qalan məhsulun müqayisəsinə baxsaq, bu il anbarlarda qalan üzüm şərabı istehsal olunan üzüm şərabından 6 faiz azdır. Keçən ilin anoloji dövründə isə anbarlarda istehsal olunan məhsuldan 30 faizə qədər çox məhsul qalıb. Bu da üzüm şərabının satışında irəliləyişin olduğundan, ancaq bir sıra problemlərin də hələ qaldığından xəbər verir.