XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 16:35

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik –Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında” Qanunda edilmiş dəyişikliyi təsdiqləyib.

Strateq.az xəbər verir ki, bununla da qanuna aşağıdakı dəyişikliklər edilib:

1. 19.3-cü maddədə "dövr” sözündən sonra "(bu Qanunun 20.0.17-ci və 20.0.19-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) sözləri əlavə edilsin.

2. 20.0.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.17-ci, 20.0.18-ci və 20.0.19-cu maddələr əlavə edilsin:

"20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

20.0.18. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

20.0.19. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə.”.