XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 10:53

Neftin qiyməti düşəcək, avro “qara günlər” yaşaya bilər, bəs, gəlir vergisi üzrə kimlərə güzəşt olacaq? –Ekspertdən şərh

Məlum olduğu kimi, Azərbaycanda Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə yanaşı,  valyutaların kursu və neftin qiyməti cəmiyyətin əsas müzakirə mövzularıdır.

Strateq.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bunlarla bağlı öz fikirlərini açıqlayıb.

İqtisadçının sözlərinə görə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək:

“Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək”.

“Bəs, Xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar nələri əhatə edir?” sualına gəldikdə isə ekspert deyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcılıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəkllər. Onlara xidməti müqavilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir.

Son həftələr avronun dəyər itirməsinə gəldikdə isə, Vüqar Bayramov bildirib ki, bu, Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklərlərlə bağlıdır: “Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0.2 faiz iqtisadi artım qeydə alınıb. Buna rəğmən, infilyasiya göstəricisi gözləniləndən daha yüksəkdir. Bu arada Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıldan səbəblərdən hesab edilir. Avronun məzənnəsində yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da, gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə biləcək. Amma Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa, o zaman avro yeni “qara günləri”ni yaşaya bilər.

Qeyd edək ki, bu ilin martında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazım idisə, indi tələb edilən məbləğ 1.13-dək azalıb. Bu, avronun yalnız son 6 ayda 9 faiz ucuzlaşması deməkdir”.

Ekspert onu da bildirib ki, neft dəyər itirməkdə davam edəcək: “Son aylar neftin qiyməti ilk dəfə olaraq Bent markalı neftin 1 barelinin qiyməti 75 dollardan aşağı düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarına psixoloji hazır olan bazar Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra neft ölkələrindən əlavə təklif alır. Digər tərəfdən, “BP Global” daxil olmaqla digər neft şirkətləri də yüksək neft qiymətlərinə ehtiyatla yanaşırlar. Bu o deməkdir ki, neftin qiymətinin orta müddətli dövrdə artması deyil, azalması daha çox inandırıcıdır”.