XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 18:50

“Bloomberg”:"Tramp İrana qarşı sanksiyalar məsələsində 8 ölkəyə güzəştə gedib"

ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Ağ evdəki mənbələr bildiriblər.

Müvafiq razılaşmaların bu gün rəsmən açıqlanması gözlənilir. Güzəştə gedilən ölkələrin adı çəkilməsə də, aralarında Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreyanın olduğu məlumdur. Mənbəyə görə, imtiyaz alan ölkələr bunun müqabilində qiymət artımının qarşısını almaq üçün ümumi neft idxalını azaltmaq öhdəliyini götürüblər.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ hökuməti İranın nüvə proqramına dair sazişdən çıxdıqlarını və İrana qarşı yeni sanklsiyalar tətbiq edəcəklərini açıqlamışdı. Noyabrın 4-də qüvvəyə minəcək sanksiyalar enerji sektoruna şamil edilir.