XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 21:32

ABŞ-da ötən ay 250 min yeni iş yeri açılıb –İşsizlik rekord həddə aşağı düşüb

Ötən ay Amerika Birləşmiş Ştatlarında 250 min yeni iş yeri açılıb və işçiləri əmək qüvvəsində qalmağa həvəsləndirmək üçün son onillikdə maaşlarda artım qeydə alınıb.

Əmək Departamentinin aylıq iş hesabatı 6 noyabrda keçiriləcək ara seçkilərinə bir həftə qalmış açıqlanır. Rəqəmlər ABŞ-da işsizliyin son 50 ildə rekord 3.7 faiz olmasını göstərir.

Yeni iş axtaranlarına əmək bazarında daxil olması işləyən amerikalıların sayını 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırıb.

İstehlakçılar son 18 ilin rekord ruh yüksəkliyini sərgiləyirlər ki, bu da iqtisadi artıma təkan verir. ABŞ iqtisadiyyatı 10 ildir ki, genişlənməkdə davam edir. Oktyabr 100-cü aydır ki, ard-arda ölkə iqtisadiyyatı çiçəklənməkdə davam edir. (Amerikanın Səsi)