İnvestisiya bankı Goldman Sachs qızılın qiymətilə bağlı yeni proqnozunu açıqlayıb.
Bank qızılda satış vaxtının gəldiyini və qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırıb.
Bank analitikləri qızıl qiymətlərinin ABŞ-da faiz artımları səbəbindən enəcəyini və birinci fazada 3 ay ərzində 1100 dollar olacağını bildirirlər.
Goldman-a görə, qızılın unsiyası 12 ay sonra 1000 dollara qədər enəcək. Hazırda beynəlxalq bazarda qızılın qiyməti 1210 dollar civarındadır.
Marja.az