XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 10:17

10-a yaxın ölkə neft hasilatının “dondurulmasını” dəstəklədi,Azərbaycan "yox" dedi

Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin  “dondurulması” təşəbbüsünü dəstəkləyib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Venesuelanın Neft naziri Euloxio del Pino bildirib.  

Ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Bundan əvvəl mətbuatda  İraq və Küveytin neft hasilatının hazırkı kvotalarının “dondurulmasını” dəstəkləməyə hazır olduqları bildirilib.  

Məlumata görə, neft hasilatının həcminə görə OPEK-də ikinci yeri tutan İraq neft hasilatının həcmini  yanvar ayı səviyyəsində “dondurulmasını” dəstəkləməyə hazırdır.  Hasilat həcminə görə (sutkada 3 mln barel)  OPEK-də üçüncü yerdə olan Küveyt də hasilat həcmlərinin “dondurulması” təşəbbüsünü dəstəkləməyə hazırdır. marja.az

Natiq Abbasov

Azərbaycan isə neft hasilatını yanvar ayındakı səviyyədə dondurmağı nəzərdən keçirmir. Apa.az-ın xəbərinə gğrə, bu barədə “Reuters"ə Energetika nazirinin müavini Natiq Abbasov bildirib.

“Bilirik ki, Rusiya ilə OPEC arasında neftin hasilatının yanvar ayı səviyyəsində dondurulması ilə bağlı razılıq əldə olunub. Bizim belə bir planımız yoxdur”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, bu gün Venesuelanın neft naziri  hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə Tehranda müzakirə edəcək.