XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 15:29

“Artıq sosial ipotekanın əhatə dairəsi genişləndiriləcək” –Nazirdən açıqlama

“Artıq sosial ipotekanın əhatə dairəsi genişdir. Biz bunu daha da artırmağa çalışacağıq”.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

“Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir. Gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlər üçün (güzəştli mənzillərlə təminat) 162 milyon manat vəsaitin ayrılması nəzərə tutulur. Bundan əlavə, hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir”,- deyə nazir qeyd edib/Report.