XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 17:55

Beynəlxalq Valyuta Fondundan 2019-cu illə bağlı proqnoz:"Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,7 milyarda çatacaq"

 

2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artaraq 6,2 mlrd. dollar olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.

İMF-nin hesablamalarına görə, gələn il isə AMB-nin valyuta ehtiyatları 6,7 mlrd. ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, İMF 2018-ci ildə Azərbaycanda geniş mənada pul kütləsinin 5,7%, 2019-cu ildə isə 7,3% artacağını proqnozlaşdırır/Report.