Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Trend-in məlumatına görə, noyabrın 7-də qızılın qiyməti noyabrın 6-ı ilə müqayisədə 1,394 manat artaraq 1 unsiya üçün 2090,4815 manat təşkil edib.
Gümüş 0,0676 manat ucuzlaşaraq 1 unsiya üçün 24,8068 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 16,6515 manat artaraq 1486,803 manat, palladiumun qiyməti isə 20,723 manat azalaraq 1903,0055 manat təşkil edib.