XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 19:46

Aleksandr Novak:“İrana qarşı yeni sanksiyalar neft qıtlığına səbəb olmayacaq”

“ABŞ-ın İrana qarşı yeni sanksiyaları dünya bazarında neft qıtlığına səbəb olmayacaq. Baxmayaraq ki, bu sanksiyaların fonunda səkkiz ölkənin İran neftini almaq hüququ var”.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Rusiya 24” televiziya kanalına müsahibəsində bildirib.

“Hələ bir müddət əvvəl biz deyirdik ki, İrana qarşı sanksiyalar tətbiq edilərsə, bazarda təklif qıtlığı yaranacaq və sual verirdik ki, bu qıtlığı hansı ölkələr ödəyə biləcək. İndi isə ən azından yaxın bir ay üçün artıq belə bir vəziyyət yoxdur. Bütün bunlar bazar  tərəfindən nəzərə alınır”, – deyə o bildirib.

A.Novak xatırladıb ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ərəfəsində bir neçə variant müzakirə edilib: “İranla bağlı bir çox qeyri-müəyyənliklər vardı, ən sərt sanksiyalardan ən yumşaqlarına kimi müxtəlif variantlar təklif edilib. Kiyafət qədər orta variant qəbul edilib və səkkiz ölkəyə 180 gün ərzində İran neftini almaq imkanı yaradılıb. Bizim fikrimizcə, bu, həqiqətən də, bazardakı vəziyyəti dəyişdirib”, – deyə nazir əlavə edib.