XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 00:06

“Azərkosmos” zərərlə işləyir –Audit rəyi məlum oldu

2017-ci ilin yekunlarına görə, orbital telekommunikasiya peykinin dövlət operatoru “Azərkosmos” ASC 16 milyon manatdan artıq zərər görüb.

Bu barədə şirkətin korporativ saytındakı illik maliyyə hesabatında məlumat verilir.

“Price Waterhouse Coopers” şirkətinin audit rəyi verdiyi hesabata görə, 2018-ci ilin əvvəlində “Azərkosmos”un zərərləri 308 milyon manat (181 milyon dollar) olub. İl ərzində şirkət 37 milyon manat (+ 32.4%) gəlir qazanıb. Xidmətlərin maya dəyəri 33,7 milyon manat təşkil edib. 2017-ci ildə “Azərkosmos” un ümumi və inzibati xərcləri (8,247 min manat) 27 faiz artıb. (Turan)