XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 15:58

Ölkədə bu günə qədər 210 min ton pambıq toplanıb –Komitə statistikanı açıqladı

Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Strateq.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.

Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir.

Hazırda məhsul yığımının davam etdiyi bildirilir.