XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2018 - 17:38

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir –Səbəb nədir?

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir.

London birjasında “Brent” markalı xam neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, 1,74% azalaraq 68,90 dollar/barel olub. Bu, cari ilin aprel ayının 9-dan bəri minimum qiymətdir.

Nyu-York birjasında WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 1,92% geriləyərək 58,78 dollar/barel təşkil edib. Bu isə fevralın 14-dən bəri ən aşağı qiymətdir.

Neftin qiymətinin azalmasının sürətlənməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları və bu gün OPEC-ın aylıq hesabatını açıqlaması ilə əlaqələndirilir/Report.