XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2018 - 22:28

Gürcüstanın Azərbaycana nə qədər borcu var? –Məbləğ açıqlandı

Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin mlrd. 977,670 mln. dolları  hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu müvafiq olaraq 15,297 mln. dollar, 63,567 mln. dollar və 9,023 mln. dollar təşkil edir/Report.