XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 19:28

Hakimiyyət ADR-in təkliflərindən istifadə edəcək

Qubad

 

Hakimiyyət Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təkliflərindən istifadə edəcək.

Strateq.az xəbər verir  ki, bu məlumatı ADR rəhbərliyi yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi, ADR Hərəkatınının 2 həftə bundan əvvəl təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə müraciətə 10 favral 2016-cı il tarixli cavab məktubu göndərib. Məktubda deyilir:

«Azərbaycan Demokratiya və Rifah Hərəkatı” İctimai Birliyi tərəfindən hazırlanmış “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə tərəfimizdən baxılmışdır. Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqla aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk».

Hərəkatın sədri hazırda ABŞ-ın nüfuzlu Duke Universitetininin iqtsidiyyat üzrə professoru vəzifəsində çalışan Qubad İbadoğlu isə bildirib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtisadiyyatında, sosial baş sferada verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: “Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nı hazırladıq və kömək məqsədi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik”.

Qubad İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildiririb: “Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır”.