XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2018 - 11:23

Gürcüstanda problemli kreditlər silindi, bəs Azərbaycanda niyə mümkün olmur? –Əkrəm Həsənov "bizdə qanuna riayət olunmur" deyir

“Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, onun banka borcu silinməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər. 

Bunu Moderator.az-a açıqlamasında bank eksperti Əkrəm Həsənov Gürcüstanda 600 mindən çox kredit borcu olan aztəminatlı ailələrin borcunun silinməsinə münasibət bildirərkək deyib.

Ekspert bildirib ki, bu kimi addımların bizdə də atılması vacibdir: “Əlbəttə ki, bizdə bir milyondan çox insanın problemli krediti var. Gürcüstanda əhalinin kreditinin bağlanması xəbəri ilə tanışam. Burda iki variant var: Birinci variant odur ki, dövlət krediti silərək bankalara məbləği özü ödəyir, çünki banklar da özəl müəssisədir. İkinci variant isə odur ki, dövlət məhz ödəniş qabliyyəti olmayan vətəndaşların kreditini sildirəcək. Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, bu o deməkdir ki, vətəndaş müflisdir və borc silinməlidir. Bu bütün sivil dünyada belədir”.

Ekspert bildirib ki, bu barədə bizdə qanuna riayət olunmur:
“Bizdə də qanunda göstərilir ki, hər hansı bir öhdəlik icra oluna bilmirsə, xitam verilməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər. O prinsipi əsas tutublar ki, vətəndaşın canı çıxsın borcunu ödəsin. Əgər vətəndaş müflis olubsa, borcunu necə verəcək? Ümidlidirlər ki, vətəndaşı qorxutsaq, gedər başqasından borc alar, ya da evini satıb borcunu verər. Qanunda bildirilir ki, əgər vətəndaşın bir evi varsa, əlindən alına bilməz. Gürcüstandakı kimi bizdə də bunu tətbiq etməlidirlər, amma çox təəssüf ki, etmirlər”.