XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 18:35

Bu il Gürcüstandan Azərbaycana nə qədər avtomobil gətirilib? –Statistika

 

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub.

Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri 22575ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub.

Yanvar-oktyabr aylarında Gürcüstandan, ümumilikdə, 40 397 ədəd minik avtomobili ixrac olunub ki, bu da illik müqayisədə 90,5% çoxdur. İlkin məlumatlara əsasən, qonşu ölkə avtomobillərin builki təkrar ixracından 317 mln. dollar gəlir əldə edib.