XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 20:29

“Gələn il Vergi Məcəlləsinə dəyişikliklər beş istiqaməti əhatə edəcək” –Mikayıl Cabbarov

“2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, birinci istiqamət sahibkarlığın dəstəklənməsi olacaq ki, bu da həm iqtisadi inkişaf, həm də vergi ödəyicilərinin hüquqlarının artırılması baxımından vacibdir: “İkinci istiqamət “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və iqtisadiyyatda şəffaflığın təmin olunmasıdır”.

M.Cabbarov bildirib ki, üçüncü istiqamət vergitutma bazasının genişləndirilməsi, dördüncü istiqamət iqtisadi səmərəliliyin artırılması üçün vergi güzəştlərinin tətbiq edilməsi olacaq.

Nazir əlavə edib ki, dəyişikliklərin əhatə etdiyi beşinci istiqamət vergi idarəetməsinin müasirləşdirilməsi olacaq/Trend.