XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 10:00

Ekspert Vergi Məcəlləsinə dəyişiklik təklifini şərh edir:"Xərcləri şişirtmək üçün min cür sxemlər qurulacaq"

“Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sadələşdirilmiş verginin əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı hədəfləyib”.
Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev Vergilər Nazirliyinin Vergi Məcəlləsinə təklif etdiyi dəyişiklikləri şərh edərkən deyib.

“Təklifə görə, ticarət sektorunda çalışanlar dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergidən kənarda qalır. Belə ki, illik dövriyyəsi 200 000 manatı ötməyən pərakəndə ticarətçilərin mikrosahibkar statusu ilə 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışması təklif olunur. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində çalışacaqlar”-deyə R.Ağayev qeyd edir.
Ekspertin fikrincə, topdansatış ticarətçilərə ümumiyyətlə dövriyyədən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyici olmaq hüququ verilmir: “İşçi sayı 5 nəfərdən çox olan istehsal müəssisələrinin sadələşdirilmiş verginin ödəyici ola bilməməsi məqsədəuyğun sayılır. Bu müəssilər də dövriyyə həcminə görə mikro müəssisə statusuna malik olduqda, 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışacaqlar. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində işləyəcəklər.
Nəhayət, əhali istisna olmaqla iqtisadiyyatın yerdə qalan bütün institusional vahidləri üçün (hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət müəssisləri) xidmət göstərən, iş görən sahibkarlar da sadələşdirilmiş verginin ödəyicici ola bilməyəcək. Onlar da mikromüəssisə statusu qazandıqda, yuxarıda göstərilən qaydada güzəştli gəlir vergisi şəraitində çalışa biləcəklər”.


R.Ağayev qeyd edir ki,  lisenziya tələb olunan fəaliyyətlər, xəz-dəri məmulatlarının satışı, qızıl və qızıl məmulatlarının satışı sadələşdirilmiş vergidən kəanrda qalacaq: “İndiki variantda, məsələn, ticarət üçün bu varinat çox sərfəli görünür. Məsələn, 200 000 min manatlıq illik dövriyyəsinin 150 000 manatı məhsulun maya dəyəri olan mağaza üçün 5% gəlir vergisi ödəmək daha sərfəlidir, nəinki 200 000 manat üçün 4% sadələşdirilmiş vergi ödəmək.
Lakin indiki halda xırda sahibkarlar üçün çox dəqiq və peşəkar mühasibatın köməyi ilə xərclərin və anbarın uçotunu təşkil etmək, bir sözlə yaxşı sənədləşmə lazım gələcək. Bir də əvvəlki dövrlərdə olduğu kimi yenə də vergidən yayınmaq üçün xərcləri şişirtmək üçün min cür sxemlər qurulacaq. Nəticədə vergi sisteminin daima və intensiv yoxlamaları üçün tələbat artacaq”.
Ekspertin sözlərinə görə, sadələşdirilmiş vergidə  xərclər əhəmiyyətini itirdiyi üçün belə sxemlərə ehtiyac yox idi: “Vergi inzibatçılığı üçün dövriyyəni izləmək daha asandır, nəinki xərcləri… Hər halda təklif olunan dəyişikliklərin nə dərəcədə effektiv olduğunu gələn il bu zamanlar rahatlıqla müzakirə etmək mümkün olacaq”.

Strateq.az