Vergilər Nazirliyi Azərbaycanda yeni yaradılan şirkətlərin növbəti siyahısını açıqlayıb.
Bu ilin sentyabrında ölkədə 239 yeni şirkət təsis edilib. Yeni yaradılan şirkətlərin 206-i ölkə vətəndaşlarınındır. Qeyd edək ki, xarici vətəndaşlar arasında da Azərbaycanda şirkət açanlar var. Belələrinin sayı 33-dür. Məlumatlardan aydın olur ki, ölkəmizdə şirkət yaradan xaricilərin əksəriyyəti Pakistan vətəndaşlarıdır.
Pakistan vətəndaşları bu il Azərbaycanda 8 şirkət təsis ediblər. Sonrakı yerləri İran və Türkiyə şirkətləri tutur. (Fed.az)