XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 11:38

“Neftin qiyməti 100 dollar olmalıdır” –Venesuela prezidenti

“Neftin qiyməti, təxminən, 100 dollar/barel olmalıdır. Bu, Venesuelanın tələb etdiyi ədalətli qiymətdir”.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, karbohidrogenlərin aşağı qiymətə satılması Venesuela iqtisadiyyatının inkişafına mənfi təsir göstərir.

N.Maduro dünya bazarında neftin qiymətinin qaldırılması üçün mübarizə apardığını xatırladıb. Prezidentin sözlərinə görə, onun bu istiqamətdəki fəaliyyəti OPEC-in xeyrinədir və onları qoruyur.

Qeyd edək ki, son vaxtlar Venesuelada neft hasilatının həcmi son 30 ildə ən aşağı səviyyəyə düşüb/Report.