2018-ci ilin yanvar-oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən 7154 inzibati xəta faktı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 239-u gizli keçirmə, 334-ü bəyan etməmə, 5249-u malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, digər inzibati xəta faktlarıdır.