XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 12:17

Hesablama Palatasında kollegiya iclası- Qərarlar

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" qanunların layihələrinə Hesablama Palatasının hazırladığı rəylər müzakirə olunub.

İlk olaraq dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri üzrə məlumatlar dinlənilib.

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunub, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib.

Kollegiya qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq, hər iki rəyin Milli Məclisə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.