XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 21:50

Azərbaycanda nazir və icra başçıları nə qədər maaş alır? –SİYAHI (MƏBLƏĞLƏR)

Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əmək haqqı 200-manatdan arıq artırılıb.

İndiyədək 2-25 manat olan Əmək haqqı 2230 manat yüksəldilib. Bu arada ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər. Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub.

Baş nazir – 2460 manat

Baş nazirin birinci müavini – 2160 manat

Baş nazirin müavini – 2060 manat

Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1925 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri – 1595 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – 1375 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini – 1280 manat

Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini – 1155 manat

 

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:

Bakı şəhəri – 1925 manat

Gəncə və Sumqayıt şəhərləri – 1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat

baku.ws